İran Prezidenti Məsud Pezeşkian Rusiyanın energetika naziri Sergey Tsivilyovla görüşündə Tehranın Moskva ilə birgə layihələrin icrasını ləngidən maneələri aradan qaldırmağa hazır olduğunu bildirib və iki ölkə arasında strateji razılaşmaların danışıqlar mərhələsindən icra mərhələsinə daha sürətlə keçməsinin vacibliyini vurğulayıb.