SON XƏBƏRLƏR

CENTCOM: Bəndər-Abbasda sualtı qayıq və gəmi təmiri obyekti hədəfə alındı

2026.07.13, 21:35
CENTCOM: Bəndər-Abbasda sualtı qayıq və gəmi təmiri obyekti hədəfə alındı

CENTCOM ilk dəfə döyüş əməliyyatında PUA-dan istifadə etdiyini açıqlayıb.

Gunaz.tv

Gunaz TV xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bazar ertəsi, bildirib ki, qüvvələri bazar günü gecə bir istiqamətli hücum tipli PUA-lardan (Pilotsuz Uçuş Aparatı) istifadə edərək İranda sualtı qayıq və gəmi təmiri obyektini hədəfə alıb.

CENTCOM-un məlumatına görə, üç ədəd “Korsair” PUA-sı Bəndər-Abbas dəniz bazasındakı liman ərazisinə zərbə endirib.

Bildirilib ki, bu, ABŞ qüvvələrinin döyüş əməliyyatında PUA-lardan ilk istifadəsidir.

ABŞ Mərkəzi Komandanlığı həmçinin vurğulayıb ki, bazar günü gecə həyata keçirilən hücumlar “İranın ticarət gəmilərinə qarşı hücumları davam etdirmək qabiliyyətini zəiflədib.”

 


Gunaz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar