SON XƏBƏRLƏR

Tramp: ABŞ yaxın vaxtlarda Külüng dağına zərbə endirə bilər

2026.07.14, 08:00
Tramp: ABŞ yaxın vaxtlarda Külüng dağına zərbə endirə bilər

İranın Külüng dağı mümkün hərbi hədəflərdən biridir və ABŞ dağın "birbaşa giriş hissəsinə böyük və dəqiq zərbə" endirə bilər.

Gunaz.tv

Bunu ABŞ prezidenti Donald Tramp radio aparıcısı Hyu Hyuitə müsahibəsində deyib.

Onun sözlərinə görə, Vaşinqton "yaxın vaxtlarda böyük ehtimalla Külüng dağına zərbə endirəcək".

Donald Tramp ABŞ-ın bu obyekti yaxından izlədiyini və indiyədək orada heç bir fəaliyyət müşahidə etmədiyini bildirib.

Külüng dağının dərinliklərində yeraltı nüvə obyektinin yerləşdiyi güman edilir. Ekspertlərin fikrincə, bu obyekt adi bunker əleyhinə bombalarla məhv edilməsi çətin olan möhkəmləndirilmiş yeraltı kompleksdir.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar