SON XƏBƏRLƏR

Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb

2026.07.14, 09:59
Əhmədinejad MOSSAD rəhbəri ilə görüşüb

İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb.

Gunaz.tv

Bu barədə "Nyu York Tayms"da dərc olunan yazıda bildirilib.

Qeyd olunub ki, Əhmədinejad 2024-cü ildə Macarıstanın paytaxtı Budapeştdə İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-la görüş keçirib.

Anonim ABŞ rəsmiləri hətta MOSSAD-ın o zamankı direktoru David Barneanın Budapeştə səfər edərək, Əhmədinejadla şəxsən görüşdüyünü bildirib.

Yazıda deyilir ki, bu ilin fevralında İrana hücumlar başlayarkən, İsrail Əhmədinejadın yaşadığı yaşayış kompleksində mühafizə xidmətini və zirehli maşını hədəfə alıb. Bundan sonra isə qara rəngli avtomobil sabiq prezidenti götürərək təhlükəsiz və gizli bir yerə aparıb. Lakin bundan sonra Əhmədinejad naməlum şəraitdə həmin yeri tərk edib.

Yazılanlara əsasən sabiq prezident İsrailin planı əsasında yenidən hakimiyyətə gəlmək istəməyib.

Bu hadisədən sonra isə Əhmədinejad ilk dəfə ötən həftə İranın sabiq ali rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə vida mərasimində ictimaiyyət qarşısına çıxıb.

Məlumatlı mənbələr Əhmədinejadın İsrail nümayəndələri ilə görüşünün ifşa olunduğunu və onun hazırda ev həbsində saxlanıldığını bildirib.

Məlumatın yayılmasından sonra Mahmud Əhmədinejadın ofisi bəyanat yayaraq iddiaları təkzib edib və keçmiş prezidentin ev həbsində olmadığını bildirib.

ًQeyd edək ki, Əjmədinejad 2024-cü ilin may ayının 7-də Macarıstanın Ludvika Dövlət Xidmətləri Universitetinin dəvəti ilə "Qlobal ətraf mühitdə ümumi dəyərlər" mövzusunda çıxış etmək üçün Budapeştə səfər edib. 

Onun bu səfəri Macaristandakı yəhudi icmasının, İsrailin Budepeştdəki səfirliyinin etirazları ilə yanaşı, İrandakı bir sıra qurumların da narazılığı ilə qarşılaşıb.

Həmin qurumlar və bəzi şəxslər hələ o vaxt keçmiş prezidentin səfərinin "şübhəli" olduğu barədə iddialar səsləndiriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar