SON XƏBƏRLƏR

İranda silahlı hücum- 6 nəfər ölüb və yaralanıb

2026.07.15, 09:00
İranda silahlı hücum- 6 nəfər ölüb və yaralanıb

İranın Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində 1 nəfər ölüb, iki nəfər isə yaralanıb.

Gunaz.tv

Bu barədə Bəlucistan İnsan Hüquqlarını Sənədləşdirmə şəbəkəsi məlumat yayıb.

Məlumata görə, ötən gün şəhərin Xomeyni xəstəxanasının qarşısında baş verən hücum zamanı Əfqanistan vətəndaşı olan sünni din xadimi Moləvi Rəhmətullah Hemmətxil həlak olub, onun iki yaxın qohumu isə ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Din xadiminin 30 ildir İranda yaşayan qaçqın olduğu bildirilib.

Bununla yanaşı əyalətin İranşəhr rayonunun Şəhrdraz kəndində də naməlum silahlılar Məhəmməd Nəsim Çətr Ənbərin adlı şəxsin evinə basqın ediblər.

Hadisə nəticəsində adı çəkilən şəxs həlak olub, 15 yaşlı Pedram Çətr Ənbərin və Əli Haşimi adlı başqa bir şəxs isə yaralanıb.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar