SON XƏBƏRLƏR

ABŞ Şəmxani şəbəkəsinə yeni sanksiyalar tətbiq etdi

2026.07.15, 11:26
ABŞ Şəmxani şəbəkəsinə yeni sanksiyalar tətbiq etdi

ABŞ İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi və Əli Xameneinin bu şuradakı nümayəndəsi Əli Şamxaninin oğlu Məhəmməd Hüseyn Şamxaninin şəbəkəsi ilə əlaqəli 50-dən çox şəxs, şirkət və gəmiyə sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə ABŞ Xəzinədarlığı məlumat yayıb.

Onun və şəbəkəsinin İrna qarşı tətbiq olunan neft sanksiyalarından yayınmağa kömək etdiklərinə görə sanksiyalara məruz qaldıqları bildirilib.

Xarici Aktivlərə Nəzarət İdarəsinin siyahısına Hindistan, İtaliya və Danimarka vətəndaşları da daxildir.

Xəzinədarlıq katibi Skott Bessnet bildirib ki, məqsəd İran rejiminin beynəlxalq gəmiçiliyi təhdid etməsinə imkan verən maliyyə infrastrukturunu bağlamaqdır.

Xarici Aktivlərə Nəzarət İdarəsi bu şəbəkəni İranın neft ixracının arxasında duran əsas qüvvə adlandırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar