SON XƏBƏRLƏR

Bəhreyndə İrana bağlı şəxslər ömürlük həbs cəzasına məhkum edildi

2026.07.15, 13:03
Bəhreyndə İrana bağlı şəxslər ömürlük həbs cəzasına məhkum edildi

Bəhreyn Cinayət Məhkəməsi casusluq və İran İslam İnqilabı Keşikçiləri Korpusuna işləmək ittihamları ilə iki fərqli iş üzrə üç nəfəri ömürlük həbs cəzasına məhkum edib.

Gunaz.tv

Bu haqda Bəhreyn Baş Prokurorluğu məlumat yayıb.

Bəhreyn Baş Prokurorluğunun bildirdiyinə görə, cəzalandırılanlardan ikisi "SEPAH tərəfindən idarə olunan elektron hesablarla əlaqə qurub və Bəhreyn daxilində həssas obyektlərin hədəf alınmasını asanlaşdırmaq üçün strateji yerlərin video fayllarını və koordinatlarını göndərmək"də günahlandırılıblar.

Barəsində ömürlük həbs cəzası çıxarılan başqa bi müttəhimin isə hazırda ölkədən xaricdə olduğuna görə axtarışa verildiyi bildirilib.

O, Bəhreyn daxilində başqa bir müttəhimin cəlb edilməsi və hədəf almaq üçün vacib obyektlərin məlumat və dəqiq koordinatlarını SEPAH-a təqdim etməkdə günahlandırılır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar