SON XƏBƏRLƏR

Keçmiş səfir müharibə tərəfdarlarını ittiham etdi- Bu fəlakətdir!

2026.07.16, 12:33
Keçmiş səfir müharibə tərəfdarlarını ittiham etdi- Bu fəlakətdir!

Təəssüf ki, Məsud Pezeşkian hökumətinə qarşı edilən çıxışlarda və səsləndirilən şüarlarda rasionallıq, realizm, praqmatizm və milli maraqların, beynəlxalq sistemin və İranın daxili vəziyyətinin düzgün qiymətləndirilməsi görünmür.

Gunaz.tv

Bunu İranın Azərbaycan Respublikasındakı keçmş səfiri Əfşar Süleymani deyib.

"Hazırkı müharibə davam edərsə, bu, ölkənin və xalqın bütövlüyü, müstəqilliyi və milli suverenliyi üçün mütləq böyük bir fəlakətlə nəticələnəcək. Səhv hesablamalar və strateji səhvlər milli maraqlara ziddir və İranın milli təhlükəsizliyi prioritetinin əksinədir",- o əlavə edib.

Süleymani, ölkədə böyük biznes şəbəkəsinə nəzarət edən və İranda  hazırkı hökumətə müxalifətdə olan radikal siyasi cərəyan başçılarının gərginlikdə maraqlı olduqlarına işarə edib: 

"Şirkətlər şəbəkəsinin səhmdarlarının, hökumətin daxili mafiyasının və onların qollarının, eləcə də onların başında duran "Paydari" siyasi təriqətinin adları tarixdə vətən xaini kimi yazılıacaq, onlar bir gün Allah və xalq qarşısında mühakimə olunacaqlar".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar