SON XƏBƏRLƏR

Beyrut: Hizbullah tərksilah edilməlidir

2026.07.16, 18:01
Beyrut: Hizbullah tərksilah edilməlidir

Livan: Silah yalnız dövlətin əlində olmalıdır.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Livanın xarici işlər naziri Yusif Rəci Hizbullahın hərbi roluna son qoyulmasının Livanın suveren qərarı olduğunu və bu qərarın İsraillə əldə olunan son razılaşmadan əvvəl qəbul edildiyini bildirib.

O deyib ki, bu qərar ötən ay ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında əldə olunan razılaşma üçün zəmin yaradıb.

Rəci vurğulayıb: “Livan öz qərarını verib” və əlavə edib ki, artıq “ikili suverenlik” anlayışına yer yoxdur, dövlətin qanuni çərçivəsindən kənarda silah saxlanılmasına və rəsmi qurumlardan kənar qərar qəbul edilməsinə icazə verilməyəcək.

Livanın xarici işlər naziri həmçinin bildirib ki, ölkə ordusunun bütün Livan ərazisində yerləşdirilməsi İsrail qüvvələrinin işğal altında saxladığı bütün ərazilərdən tam çıxması ilə eyni vaxtda həyata keçirilməlidir.

Bu açıqlamalar Livan və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə Romada keçirilən dolayı danışıqların son mərhələsinin başa çatmasından sonra səsləndirilib. Tərəflər Livanın cənubunda “sınaq bölgələri”nin yaradılması barədə razılığa gəliblər.

Ötən ay əldə olunan prinsipial razılaşma Livanda müharibənin başa çatmasını, Hizbullahın tərksilah edilməsini, Livan ordusunun ölkənin cənubunda yerləşdirilməsini və İsrail qüvvələrinin mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutur.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar