SON XƏBƏRLƏR

Ağ Ev: İran ABŞ ilə danışıqları davam etdirir

2026.07.16, 21:30
Ağ Ev: İran ABŞ ilə danışıqları davam etdirir

Ağ Ev İranın ABŞ ilə razılaşmağa çalışdığını bildirib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Ağ Evin mətbuat katibi Karolin Levitt cümə axşamı bildirib ki, İran ABŞ ilə danışıqları davam etdirir və razılıq əldə etmək istədiyini göstərir.

O deyib ki, bu mövqe ABŞ ordusunun İrana endirdiyi “ağır zərbələrin” nəticəsidir.

Levitt həmçinin İranın Hörmüz boğazında ticarət gəmilərinə hücumlarını “terror aktı” adlandıraraq bildirib: “İmzaladıqları memorandum əsasında Hörmüz boğazında gəmilərə atəş açmamalı idilər.”

Ağ Evin sözçüsü əlavə edib: “Prezident kənarda oturub bu terror aktlarının baş verməsinə icazə verə bilməz. O, İranın öz hərəkətlərinin nəticələrini görəcəyinə əmin olmalıdır.”

Vaşinqton və Tehran arasında yeni gərginlik İslamabad memorandumunun imzalanmasından bir aydan az müddət sonra başlayıb. ABŞ rəsmilərinin bildirdiyinə görə, İran SEPAH-ın Larak adası yaxınlığında müəyyən etdiyi marşrutdan keçmək istəməyən ticarət gəmilərinə hücum etdikdən sonra ABŞ hərbi əməliyyatlara başlayıb.

Hazırda təxminən bir həftədir ki, ABŞ ordusu İranın cənubunda və bəzən də şimalında yerləşən hərbi mövqelərə zərbələr endirir. İran isə cavab olaraq bölgədəki ərəb ölkələrinə raketlər atır və yalnız həmin ölkələrdə yerləşən ABŞ bazalarını hədəf aldığını iddia edir.

 


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar