SON XƏBƏRLƏR

İraqdakı silahlı qruplaşma Trampın öldürülməsinə görə 10 milyon dollar mükafat vəd edib

2026.07.17, 11:19
İraqdakı silahlı qruplaşma Trampın öldürülməsinə görə 10 milyon dollar mükafat vəd edib

İraqdakı "İslami Müqavimət" qruplaşması ABŞ Prezidenti Donald Trampın öldürülməsinə görə 10 milyon dollar mükafat təyin etdiyini açıqlayıb.

Gunaz.tv

Bu barədə İranın dövlət xəbər agentliyi IRNA və Rusiyanın dövlət nəzarətində olan RT telekanalı məlumat yayıb.

Qruplaşma bildirib ki, mükafat Trampın İŞİD-lə mübarizə zamanı öldürülən komandirlər barədə səsləndirdiyi fikirlərdən sonra elan edilib.

ABŞ-da mühafizəkar fəal Laura Lumer isə Rusiyanın dövlət mediasını tənqid edərək bildirib ki, "Rusiya dövlət mediası İraq İslami Müqavimətinin Prezident Trampın qətlə yetirilməsi üçün təyin etdiyi 10 milyon dollarlıq mükafatı təbliğ edir."

O əlavə edib: "Rusiya hər gün bir daha sübut edir ki, bizim müttəfiqimiz deyil."

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar