SON XƏBƏRLƏR

Küveyt: İranın hücumu nəticəsində elektrik stansiyası zərər görüb

2026.07.17, 13:10
Küveyt: İranın hücumu nəticəsində elektrik stansiyası zərər görüb

İranın hücumu nəticəsində Küveytdəki elektrik enerjisi istehsalı və dəniz suyunun duzsuzlaşdırılması müəssisələrindən biri zərər görüb.

Gunaz.tv

Bu barədə Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, hücum nəticəsində müəssisədə yanğın baş verib, obyektlərə və bir neçə elektrik enerjisi istehsal blokuna ziyan dəyib.

Bildirilib ki, yanğınsöndürənlər alovu nəzarət altına alıblar, texniki qruplar isə zədələrin aradan qaldırılması, sıradan çıxan enerji bloklarının bərpası və ölkənin elektrik şəbəkəsinin sabitliyinin qorunması istiqamətində iş aparırlar.

Nazirlik vətəndaşları və ölkə sakinlərini bu fövqəladə dövrdə elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb və vəziyyətlə bağlı məlumatların rəsmi kanallar vasitəsilə paylaşılacağını bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar