SON XƏBƏRLƏR

Tramp İraqın baş naziri ilə görüşdə: “Süleymanini mən öldürdüm” (Video)

2026.07.17, 23:33
Tramp İraqın baş naziri ilə görüşdə: “Süleymanini mən öldürdüm” (Video)

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İraqın Baş naziri Əli əl-Zeydi ilə görüşü zamanı yenidən Qasım Süleymaninin öldürülməsinə toxunaraq deyib: “Süleymanini mən öldürdüm... İraqdan olan çox pis bir adam da təsadüfən həmin əməliyyatda öldürüldü. Ona görə də bilmirəm sizə yaxşılıq etmişəm, ya yox. Bu sualı sizə indiyədək heç vaxt verməmişdim.”

Əli əl-Zeydi isə Trampın bu sözlərinə cavab olaraq bildirib: “Mən o vaxt siyasətdə deyildim... Gələcək haqqında danışmağa üstünlük verirəm.”

Qasım Süleymani 2020-ci il yanvarın 3-də (13 Dey 1398) Bağdad hava limanı yaxınlığında ABŞ-ın pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi zərbə nəticəsində öldürülüb.

Həmin əməliyyatda İraqdakı Həşd əş-Şəbi silahlı qruplaşmasının komandirlərindən Əbu Mehdi əl-Mühəndis və daha 10 nəfər də həlak olub.

ABŞ Müdafiə Nazirliyi həmin vaxt açıqlamışdı ki, hava əməliyyatı Prezident Donald Trampın göstərişi ilə həyata keçirilib.

 

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar