SON XƏBƏRLƏR

Kərəcdə aclıq aksiyası keçirən məhbusların vəziyyəti ağırlaşdı

2026.07.18, 14:00
Kərəcdə aclıq aksiyası keçirən məhbusların vəziyyəti ağırlaşdı

İranın Kərəc şəhərinin Qızılhisar həbsxanasında altıncı gündür aclıq aksiyası keçirən məhbuslardan bir neçəsinin vəziyyəti ağırlaşıb.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhbusların bir neçəsinin təzyiqi düşüb, sağlamlıq vəziyyətlərində problemlər meydana gəlib.

Bildirilib ki, həbsxana rəhbərliyinin tapışırığı əsasında vəziyyəti pisləşən məhbuslara tibbi xidmətlərin göstərilir.

Xatırladaq ki, aclıq aksiyası 6 məhbusun edam qabağı hazırlq üçün təkadamlıq kameraya köçürülməsindən sonra başlayıb. Təkadamlıq kameralara köçürülən 6 məhbusun 5-i edam edilib.

Etirazçı məhbuslar hökumətin edamlardan başqa məhkumlara qarşı qorxu və təzyiq vasitəsi kimi istifadə etdiyini bildiriblər.

İnsanhaqları fəallarının məlumatına görə, aclıq aksiyasına təşkilatçılıq etməkdə günahlandırılan bir neçə məhbus döyülüb və təkadamlıq kameralara salınıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar