SON XƏBƏRLƏR

İki amerikalı hərbçinin ölümü ilə bağlı Tramp danışdı

2026.07.19, 07:59
İki amerikalı hərbçinin ölümü ilə bağlı Tramp danışdı

Tramp: İranın nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyik.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İordaniyada iki amerikalı hərbçinin həlak olması ilə bağlı danışaraq hadisəni “çox kədərli” adlandırıb.

Tramp NewsNation telekanalına müsahibəsində deyib: “Bu, çox kədərlidir, həqiqətən də çox kədərli hadisədir. Belə bir hadisəni görməkdən nifrət edirik. Onlar ölkəmizə xidmət edərkən həyatlarını itirdilər.”

O, Tehran və Vaşinqton arasında imzalanmış anlaşma memorandumunun qüvvədən düşməsi ilə bağlı suala isə belə cavab verib: “Bu, mənim üçün heç bir əhəmiyyət daşımır.”

ABŞ Prezidenti çıxışının davamında Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı mövqeyini bir daha təkrarlayaraq bildirib: “Biz heç vaxt İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik.”

 

GunAz TV
R.G

 

CENTCOM: İranın İordaniyaya hücumlarında iki amerikalı hərbçi həlak olub

2026.07.18, 19:30

CENTCOM: İranın İordaniyaya hücumlarında iki amerikalı hərbçi həlak olub

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar