SON XƏBƏRLƏR

Güneyli gənc teatr sənətçisi faciəvi şəkildə dünyasını dəyişdi

2026.07.19, 12:31
Güneyli gənc teatr sənətçisi faciəvi şəkildə dünyasını dəyişdi

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, gənc teatr sənətçisi və rejissorluq ixtisası üzrə məzun Sayna Munsif baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Əslən Ərdəbilli olan Sayna Munsif 2001-ci il 29 dekabr tarixində anadan olmuşdu və yaradıcılıq fəaliyyətini teatr sahəsində davam etdirirdi.

O, türk dilində çəkilmiş “Kömür” filminin rejissoru, kino və televiziya montajçısı İsmayıl Munsifin qızı idi.

Hadisədən sonra Azərbaycan Müstəqil Kino Fəalları türk və fars dillərində yaydıqları başsağlığı bəyanatında İsmayıl Munsif və ailəsinə dərin hüznlə başsağlığı veriblər.

Bəyanatda qeyd olunub: “İsmayıl Munsif İran və Azərbaycanın köklü və dəyərli kino xadimlərindən biridir. Övlad itkisi bir ata üçün yaşana biləcək ən ağır dərddir.”

Azərbaycan Müstəqil Kino Fəalları mərhum Sayna Munsifə Allahdan rəhmət, ailəsinə və yaxınlarına isə səbir diləyiblər.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar