SON XƏBƏRLƏR

Hörmüzdə iki tanker vuruldu

2026.07.20, 16:50
Hörmüzdə iki tanker vuruldu

Hörmüz boğazı yaxınlığında iki neft tankerinə hücum bölgədə narahatlığı artırıb.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Yunanıstanın Dynacom Tankers gəmiçilik şirkəti bildirib ki, şirkətin idarə etdiyi iki neft tankeri bazar ertəsi Oman sahilləri yaxınlığından keçərkən mənşəyi məlum olmayan mərmilərin hədəfinə çevrilib.

Şirkətin məlumatına görə, Malta bayrağı altında üzən Kavomilis tankeri iki mərminin isabəti nəticəsində mühərrik bölməsində yanğınla üzləşib və kapitanın qərarı ilə ekipaj gəmini tərk edib. Oman rəsmiləri bütün ekipaj üzvlərinin təhlükəsiz şəkildə xilas edildiyini açıqlayıblar.

Dynacom həmçinin bildirib ki, Liberiya bayrağı altında üzən Achilleos adlı digər tanker də bir mərminin hədəfi olub. Şirkətin açıqlamasına əsasən, bütün ekipaj üzvləri sağdır və indiyədək ətraf mühitin çirklənməsi qeydə alınmayıb.

Bu arada, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iddia edib ki, hər iki tanker Hörmüz boğazında “təhlükəli cənub marşrutu” adlandırdığı istiqamətdən keçməyə cəhd etdikdən sonra partlayıb və hərəkətsiz qalıb. Hücumların mənbəyi və hadisələr arasında əlaqənin olub-olmaması hələlik müstəqil şəkildə təsdiqlənməyib.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar