SON XƏBƏRLƏR

İran həbsxanalarında yenidən aclıq aksiyası başladı

2026.07.21, 09:33
İran həbsxanalarında yenidən aclıq aksiyası başladı

Bu gün səhər saatlarından başlayaraq İranın 58 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 130-cu dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, edamlara etiraz məqsədilə Kərəcin Qızılhisar həbsxanasında başlayan aclıq aksiyası doqquzuncu gündür davam edir.

GünaAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar