SON XƏBƏRLƏR

Vaşinqton SEPAH-ı məhv etməlidir - Con Bolton:

2026.07.21, 12:33
Vaşinqton SEPAH-ı məhv etməlidir - Con Bolton:

Vaşinqtonun məqsədi sadəcə Amerika əsgərlərinin ölümünün qisasını almaq deyil, SEPAH-ı tamamilə məhv etmək olmalıdır.

Gunaz.tv

Bunu ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

O, SEPAH-ın hərbi əməliyyatlar apardığını və İslam Respublikasının mülki liderləri ilə ABŞ arasında danışıqların əhəmiyyətsiz olduğunu vurğulayıb. 

Boltonun sözlərinə görə, İranda rejimi dəyişdirməyin və sülhün bərqərar olmasının yeganə yolu SEPAH-ın raket, pilotsuz təyyarə və nüvə imkanlarını tamamilə məhv etməkdir.

"ABŞ hökumətə daxili təzyiqi artırmaq üçün kürdlər, bəlucilər və digər etnik qruplar da daxil olmaqla, İran daxilindəki müxalifətlə işləməlidir",- keçmiş milli təhlükəsizlik müşaviri tövsiyə edib.

O, həmçinin neft sanksiyalarının bərpasını və İran limanlarının dəniz blokadasını İranın SEPAH, Qüds Qüvvələri və "Bəsic"i maliyyələşdiməsinin qarşısını almaq üçün təsirli bir tədbir adlandırıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar