SON XƏBƏRLƏR

Tramp: İran danışıqlara çarəsiz şəkildə can atır

2026.07.21, 18:38
Tramp: İran danışıqlara çarəsiz şəkildə can atır

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ağ evdə Livan Prezidenti Cozef Aun ilə görüşü zamanı jurnalistin “İranın müharibəni dayandırmağa hazır olduğuna dair heç bir əlamət yoxdur. Bəs plan nədir?” sualına cavab olaraq deyib: “Onlar (iranlılar) bu məsələyə son qoymaq üçün çarəsiz şəkildə danışıqlar aparmaq istəyirlər.”

Tramp daha sonra həmin jurnalistə belə cavab verib: “Haradan bilirsiniz ki, heç bir əlamət yoxdur? Mənim bilmədiyim bir şeyi siz bilirsiniz?”

Jurnalist isə cavabında bildirib: “Onlar hələ də müttəfiqlərimizə hücum edir və amerikalıları öldürürlər.”

Bunun ardınca Tramp deyib: “Siz saxta medianı dinləyəndə bunu başa düşmürsünüz. Siz heç nə bilmirsiniz.”

Tramp çıxışının digər hissəsində İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanının limanlarını mühasirəyə almaq hədəsinə də toxunub. O bildirib: “Əgər belə bir şey baş versə, biz bunun öhdəsindən gələcəyik. Bilirsiniz, biz əvvəllər də husilərlə belə davranmışıq və ilk etdiyimizdən sonra artıq onlardan heç bir xəbər eşitməmişik.”

Husilər bazar ertəsi Səudiyyə Ərəbistanına qarşı dəniz mühasirəsi elan ediblər. Bu addım ABŞ ilə İran arasında davam edən qarşıdurmada yeni cəbhə aça, həmçinin qlobal enerji təchizatı və beynəlxalq ticarət üçün yeni risklər yarada bilər.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar