SON XƏBƏRLƏR

Trampın yeni qərarı ilə Livan ABŞ-a bir addım da yaxınlaşdı

2026.07.21, 23:45
Trampın yeni qərarı ilə Livan ABŞ-a bir addım da yaxınlaşdı

Tramp Livana böyük hədiyyə verdi, ölkəni təriflədi və yeni göstəriş verdi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Livan Prezidenti Cozef Aun ilə görüşdən sonra bütün ABŞ aviaşirkətlərinə Livana birbaşa uçuşlar həyata keçirmək üçün icazə verilməsi barədə göstəriş verib. Bu addım Vaşinqtonla Beyrut arasında münasibətlərin daha da genişləndirilməsi kimi qiymətləndirilir.

Tramp Cozef Aunun fəaliyyətini yüksək qiymətləndirərək deyib: “O, ölkəsini dəyişdirmək üçün diqqətəlayiq işlər görüb.” O əlavə edib ki, bu qərar ABŞ vətəndaşlarına “gözəl ölkə” adlandırdığı Livana daha rahat səfər etmək imkanı yaradacaq və digər ölkələrin də oxşar addım atacağına ümid etdiyini bildirib.

Bu qərar ABŞ-ın Livan hökumətinə dəstəyini artırdığı bir dövrdə verilib. ABŞ Dövlət Katibliyi daha əvvəl bildirmişdi ki, dövlət katibi Marko Rubio Cozef Aunla telefon danışığında Vaşinqtonun Livanın suverenliyinin gücləndirilməsi, Hizbullahın silahsızlaşdırılması və İsraillə danışıqların irəlilədilməsi istiqamətində dəstəyini bir daha vurğulayıb.

Vaşinqton bildirir ki, məqsədi Livanda sabitliyin möhkəmləndirilməsi, İsraillə münasibətlərin normallaşdırılması və İranın dəstəklədiyi terror təşkilatı Hizbullahın ölkədəki təsirinin azaldılmasıdır.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar