SON XƏBƏRLƏR

Mayk Pens ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa edəcəyinə ümid etdiyini bildirib

2026.07.22, 12:14
Mayk Pens ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa edəcəyinə ümid etdiyini bildirib

ABŞ Prezidenti Donald Trampın birinci prezidentlik dövründə vitse-prezident olmuş Mayk Pens CNN telekanalına müsahibəsində ABŞ-ın İrana qarşı hərbi kampaniyanı yenidən başlamasına ümid etdiyini deyib.

Gunaz.tv

O əlavə edib ki, ABŞ belə bir qərar verərsə, İsrail də bu əməliyyata qoşulmağa hazırdır.

Pens bildirib:

“İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramına nəzarət edən İnqilab Keşikçiləri Korpusu (SEPAH) hələ də məğlub olduğunu qəbul etməyib.”

Trampın keçmiş vitse-prezidenti həmçinin deyib ki, onun fikrincə, İran çox güman ki, sentrifuqalarını Külüng dağı  nüvə obyektinə köçürüb. Pens əlavə edib ki, o, İranın nə sülh yolu ilə həllə, nə də Hörmüz boğazının yenidən açılmasına maraq göstərdiyinə inanmır.

 

Ş.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar