SON XƏBƏRLƏR

İraq: ABŞ-ın atəşkəs təklifini İrana çatdırmamışıq

2026.07.24, 18:30
İraq: ABŞ-ın atəşkəs təklifini İrana çatdırmamışıq

Bağdad “New York Times” qəzetinin yaydığı məlumatı təkzib edib.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İraqın Baş nazirinin Ofisi “New York Times” qəzetində ABŞ-ın atəşkəs təklifinin İraqın Baş naziri Əli əl-Zeydi tərəfindən İrana çatdırıldığı barədə yayımlanan xəbəri təkzib edib.

İraq Baş nazirinin Media Ofisi cümə günü, yaydığı bəyanatda bu iddianın “tamamilə əsassız olduğunu və reallıqla heç bir əlaqəsinin olmadığını” bildirib.

Bundan əvvəl “New York Times” İran və İraqdan olan bir neçə rəsmiyə istinadən yazmışdı ki, İran Donald Trampın atəşkəs təklifini qəbul etməyib və bu təklif Əli əl-Zeydinin Tehrana səfəri zamanı İran rəsmilərinə çatdırılıb.

Qəzetin yazdığına görə, iranlı rəsmilər Hörmüz boğazı məsələsini həll olunmamış saxlayan müvəqqəti razılaşma ilə razı olmadıqlarını bildiriblər.

Bununla belə, İraqın Baş nazirinin Ofisi yalnız atəşkəs təklifinin Əli əl-Zeydi tərəfindən İrana çatdırılması ilə bağlı iddianı təkzib edib və ABŞ-ın ümumiyyətlə İrana belə bir təklif verib-vermədiyi barədə heç bir açıqlama verməyib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar