SON XƏBƏRLƏR

Tramp “intiqam əhval-ruhiyyəsindədir”

2026.07.24, 19:30
Tramp “intiqam əhval-ruhiyyəsindədir”

“Wall Street Journal”: Tramp İranla diplomatiyaya daha bədbin yanaşır.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, “Wall Street Journal” qəzeti məlumatlı mənbələrə istinadən yazıb ki, ABŞ Prezidenti Donald Tramp son günlər İranla danışıqların davamlı sülhlə nəticələnəcəyinə əvvəlkindən daha bədbin yanaşır.

ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərindən biri qəzetə bildirib: “Tramp hesab edir ki, İranın başa düşdüyü yeganə dil hərbi təzyiqdir.” Həmin rəsmi əlavə edib ki, ABŞ Prezidenti İrana münasibətdə “intiqam əhval-ruhiyyəsindədir” və hücumların davam etdirilməsindən başqa əlverişli seçim görmür.

“Wall Street Journal” yazır ki, bu mövqe dəyişikliyi İran və ABŞ arasında Hörmüz boğazına nəzarət uğrunda son həftələrdə hərbi qarşıdurmanın daha da şiddətləndiyi bir vaxta təsadüf edir.

Məlumata görə, iki ölkə arasında əldə olunmuş kövrək atəşkəsin qısa müddətdə pozulmasından sonra qarşılıqlı hücumlar davam edib və bölgədə gərginlik daha da artıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar