SON XƏBƏRLƏR

Netanyahu Trampa yeni dosye aparır

2026.07.26, 12:47
Netanyahu Trampa yeni dosye aparır

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İsrail mediası Baş nazir Benyamin Netanyahunun çərşənbə axşamı ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşdə İranın hərbi və nüvə imkanlarını yenidən bərpa etmək cəhdləri ilə bağlı yeni kəşfiyyat məlumatları təqdim etməyi planlaşdırdığını bildirib.

Kanal 12-nin yaydığı məlumata görə, Netanyahu və onu müşayiət edən nümayəndə heyəti Ağ Evdə keçiriləcək görüş zamanı İsrailin İranın nüvə fəaliyyəti ilə bağlı kəşfiyyat qiymətləndirmələrini ABŞ Prezidentinə təqdim edəcək.

Telekanal israilli mənbələrə istinadən bildirib ki, İran nüvə silahı əldə etmək istiqamətində fəaliyyətini sürətləndirib.

Bu məlumatlar ABŞ və İsrail arasında İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələrin davam etdiyi və regionda gərginliyin yüksək olaraq qaldığı bir vaxtda yayılıb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar