SON XƏBƏRLƏR

ABŞ zənginləşdirilmiş uranı ələ keçirməyi planlaşdırır

2026.07.26, 21:30
ABŞ zənginləşdirilmiş uranı ələ keçirməyi planlaşdırır

"Tarixin ən mürəkkəb əməliyyatı"; ABŞ İrana minlərlə əsgər göndərə bilər.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, New York Post qəzeti ABŞ-ın İranın nüvə obyektlərinə qarşı mümkün hərbi əməliyyat planını nəzərdən keçirdiyini yazıb.

Məlumata əsasən, əgər müvafiq göstəriş verilərsə, ABŞ-ın xüsusi təyinatlı qüvvələri İranın nüvə obyektlərində saxlanılan zənginləşdirilmiş uranı ələ keçirmək məqsədilə “hərb tarixinin ən mürəkkəb əməliyyatı” kimi qiymətləndirilən missiyaya başlayacaqlar.

Xəbərdə bildirilir ki, bu əməliyyata minlərlə ABŞ hərbçisi cəlb oluna bilər. Plana əsasən, hərbi qüvvələr əvvəlcə nüvə obyektlərini nəzarətə götürəcək və onların təhlükəsizliyini təmin edəcək. Daha sonra xüsusi əməliyyat qrupu zənginləşdirilmiş uranı həmin obyektlərdən çıxaracaq.

Xatırladaq ki, Wall Street Journal iyulun ortalarında Donald Trampın yüksək səviyyəli müşavirləri ilə keçirdiyi bir sıra görüşlərdən sonra İrana qarşı hərbi əməliyyatların genişləndirilməsinə meylli olduğunu yazmışdı.

Bununla yanaşı, dünən yayılan məlumatlarda ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların dayandırılması barədə göstəriş verdiyi bildirilmişdi. Bu səbəbdən Vaşinqtonun növbəti addımlarının necə olacağı hələ də qeyri-müəyyən olaraq qalır.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar