SON XƏBƏRLƏR

Trampdan İranla bağlı süni görüntülər (Foto)

2026.07.27, 10:48
Trampdan İranla bağlı süni görüntülər (Foto)

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bazar günü özünün Truth Social sosial şəbəkəsində İranla bağlı süni intellekt vasitəsilə hazırlanmış bir neçə görüntü paylaşıb. Həmin görüntülərdə İrana qarşı ehtimal olunan hücum ssenariləri əks olunub.

Paylaşılan görüntülər arasında “Xark adasına hücum” başlıqlı, adanın bombardmanını əks etdirən süni görüntü də yer alıb. Tramp həmçinin üzərində “Bu neft tankeri artıq bizə məxsusdur” sözləri yazılmış İran neft tankerinin görüntüsünü də paylaşıb.

ABŞ Prezidenti bundan başqa İran bayrağı altında üzən bir gəmiyə raket hücumunu və ABŞ hərbçiləri ilə birlikdə bir hərbi gəminin göyərtəsində olduğunu göstərən süni intellektlə hazırlanmış görüntülər də yayımlayıb.

Bu görüntülər ABŞ və İranın son günlər qarşılıqlı hücumları dayandırdıqlarını və danışıqlar üçün imkan yaradıldığını açıqladıqları bir vaxta təsadüf edir. Bununla belə, paylaşımlar ABŞ-ın İrana qarşı hərbi əməliyyatları yenidən genişləndirə biləcəyi ilə bağlı ehtimalları gücləndirib.


GunAz TV
R.G

 

R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar