SON XƏBƏRLƏR

Avropa Birliyi iranlı hakimlərə sanksiya tətbiq etdi

2026.07.27, 15:29
Avropa Birliyi iranlı hakimlərə sanksiya tətbiq etdi

Avropa Birliyi İslam Respublikasının bir sıra hakimlərinə və İrandakı kiber qrupun yüksək vəzifəli şəxsinə yeni sanksiyalar tətbiq edib.

Gunaz.tv

Bu haqda Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kalas X şəbəkəsində yazıb.

Kallas İanda xalqa qarşı repressiyaların diqqətdən kənarda saxlamamağı tövsiyə edib:

“İran xalqına qarşı repressiyalar unudulmamalıdır. Dünyanın diqqəti Yaxın Şərqdəki müharibəyə yönəlsə də, İran hökuməti tərəfindən İran xalqına qarşı repressiyaları nəzərdən qaçırmamalıyıq”.

O, sanksiyalara məruz qalan şəxslərin insan hüquqlarını pozmaqda və informasiyanın sərbəst axınını boğmaqda rol oynadıqlarını bildirib.

Kallas qeyd edib ki, yeni məhdudlaşdırıcı tədbirlərə siyasi müxaliflərin və dini azlıqların təqibi də daxil olmaqla, ciddi insan hüquqları pozuntularına görə məsuliyyət daşıyan hakimlər daxildir. Kalasın sözlərinə görə, həmçinin İran hökumətinin informasiya axınını boğması üçün əsas yaradan kiber qrupun əhəmiyyətli şəxslərindən birinin adı da siyahıya daxil edilib.

Avropa Birliyinin xarici siyasət rəhbəri vurğulayıb ki, Tehran daxili təzyiqlərini gücləndirsə də, AB bu hərəkətlərdə rol oynayanları məsuliyyətə cəlb etməyə davam edəcək. Kallas, sanksiya tətbiq edilən şəxslərin adlarını çəkməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar