SON XƏBƏRLƏR

İrana bağlı qruplaşmalar Səudiyyə Ərəbistanını təhdid etdi

2026.07.28, 09:23
İrana bağlı qruplaşmalar Səudiyyə Ərəbistanını təhdid etdi

İranyönlü qruplaşmalarının birliyi olan "İraq İslam Müqaviməti" Səudiyyə Ərəbistanını hər hansı təzyiq cəhdinə qarşı "sərt cavab" veriləcəyi barədə xəbərdar edib.

Gunaz.tv

Bununla bağlı bəyanat birliyin rəsmi Telegram kanalında yayımlanıb.

Xəbərdarlıq Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin İraq silahlı qruplaşmalarının pilotsuz uçuş aparatları ilə neft infrastrukturuna hücum cəhdlərində ittiham olunduğunu bildirərək, krallığın bu cür hərəkətlərə cavab verməyə hazır olduğunu açıqlamasından sonra edilib.

Bununla yanaşı, "İraq İslam Müqaviməti" enerji obyektlərinə zərbələrdə iştirakla bağlı ittihamları rədd edərək, onları əsassız adlandırıb.

Eyni zamanda, "Ənsar Allah" (husilər) hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürərək, Səudiyyə Ərəbistanının şərqdəki neft yataqlarını Qırmızı dənizdəki Yənbu limanı ilə birləşdirən neft nəqli marşrutlarına zərbə endirdiyini bəyan edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar