SON XƏBƏRLƏR

İsrail İrana üçüncü hücuma hazırdır

2026.07.28, 21:40
İsrail İrana üçüncü hücuma hazırdır

ABŞ hələlik İsrailin İrana hücumuna mane olur. İran isə çəkindiricilik səbəbindən bölgədə İsraildən başqa hədəfləri vurur.

Gunaz.tv

Gunaz.tv-nin məlumatına görə, İsrailin müdafiə naziri Yisrael Katz bildirib ki, ABŞ hazırkı mərhələdə İsrailin İrandakı enerji obyektlərinə zərbə endirməsinə razılıq vermir. Vaşinqton hesab edir ki, Tehran buna cavab olaraq Ərəb Körfəzi ölkələrini hədəfə ala və bunun nəticəsində qlobal neft bazarında yeni böhran yarana bilər.

Katz çərşənbə axşamı Kanal 14-ə müsahibəsində deyib ki, İsrail “həqiqətən də” İranın enerji obyektlərinə zərbə endirmək istəyir, lakin ABŞ hələlik buna icazə vermir.

O əlavə edib ki, Vaşinqton İranın cavab olaraq Ərəb Körfəzi ölkələrinə hücum edə biləcəyindən və bunun dünya neft bazarında ciddi böhran yaradacağından narahatdır.

İsrailin müdafiə naziri həmçinin açıqlayıb ki, son həftələrdə ABŞ-a məxsus döyüş təyyarələri İrana zərbə endirmək üçün İsrail ərazisindən havaya qalxıblar.

Katz iddia edib ki, İran bundan xəbərdardır, lakin çəkindiricilik səbəbindən “bölgədə İsraildən başqa hər bir hədəfə atəş açır.”

O xəbərdarlıq edib ki, İran İsrailə hücum edərsə, “bütün güclə” cavab alacaq və əlavə edib: “Biz indiyədək iki dəfə İrana hücum etmişik və üçüncü dəfə də hücuma hazırıq.”

 

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar