SON XƏBƏRLƏR

İran Ukrayna məsələsində yolunu Rusiyadan ayırmalıdır- "Cumhuri-i İslami"

2026.07.29, 09:00
İran Ukrayna məsələsində yolunu Rusiyadan ayırmalıdır- "Cumhuri-i İslami"

Rəsmi Tehranın Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumuna görə Kiyevlə qarşıdurma getməsi səhv addım olar, Kiyevlə gərginliyin həlli üçün düzgün yolu düşünülməlidir.

Gunaz.tv

Bunu İranın nüfuzlu "Cumhur-i İslami" qəzeti yazıb.

"Əgər İran Ukraynanın İran gəmisinə hücumu ilə bağlı ayıq-sayıq hərəkət etməsə, ABŞ məqsədinə çatacaq. İran gəmisinə Ukrayna hücumunun planlaşdırıcılarını məhv etmək üçün İran rəsmiləri Ukrayna ilə gərginliyi həll etmək isiqamtində ayıq-sayıq olmalı və uzaqgörənliklə hərəkət etməlidirlər",- qəzet əlavə edib.

Nəşr Tehranı Ukrayna məsələsində Rusiyadan fərqli yol seçməyə çağırıb:

"Düzgün yol İranın Ukrayna ilə münasibətlərdə yolunu Rusiyadan ayırması və müdaxilə etmək əvəzinə, Kiyevlə gərginliyi həll etməsidir. Sirli əllər İranı Ukraynada tələyə salmaq istəyir. Rəsmilər bu tələyə düşməmək üçün diqqətli olmalıdırlar".

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar