SON XƏBƏRLƏR

Reuters: İran rəsmisi Omanın Hörmüz boğazı ilə bağlı təklifinin uğur şansının olmadığını deyib

2026.07.29, 11:23
Reuters: İran rəsmisi Omanın Hörmüz boğazı ilə bağlı təklifinin uğur şansının olmadığını deyib

Omanın İranla birlikdə Hörmüz boğazının regional əsasda birgə idarə olunmasına dair təklifinin uğur qazanmaq şansı yoxdur.

Gunaz.tv

Bu barədə Reuters agentliyi yüksəkvəzifəli iranlı rəsmiyə istinadən məlumat yayıb.

Rəsmi bildirib ki, Tehran Omanın İranla bərabər səviyyədə nəzarət etməsi ideyasına qarşıdır və boğaza daxil olan bütün gəmiçilik marşrutunun, eləcə də çıxış marşrutunun bir hissəsinin İranın nəzarətində qalmasında israr edir.

Onun sözlərinə görə, Hörmüz boğazının İran və Oman arasında 50/50 əsasda birgə idarə olunması İranın maraqlarına uyğun deyil.

İranlı rəsmi əlavə edib ki, Hörmüz boğazı ilə bağlı idarəetmə mexanizmlərini yalnız İran və Oman öz paylarına uyğun şəkildə müəyyən edə bilərlər. O, həmçinin ABŞ və Səudiyyə Ərəbistanını Omanı özlərinin "real olmayan planlarını" irəli aparmağa məcbur etməyə çalışmaqda ittiham edib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar