SON XƏBƏRLƏR

İran səfiri Venesuela XİN-ə çağırıldı

2026.07.29, 16:09
İran səfiri Venesuela XİN-ə çağırıldı

İranın Venesueladakı səfiri Əli Çeginini bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona Venesuela barədəki alçaldıcı və yersiz ifadələrə cavab olaraq rəsmi etiraz notası təqdim edilib.

Gunaz.tv

Bu haqda Venesuela Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu etiraz İranın xarici işlər naziri Abbas Arakçının açıqlamalarından sonra baş verib. Əraıçı ABŞ ilə danışıqlara toxunaraq "İslam Respublikası Venesuela deyil" ifadəsi işlətmişdi.

Venesuela XİN-nin açıqlamasında deyilir ki, İslam Respublikasının səfiri "Venesuela qurumları və rəsmiləri"nə qarşı ifadələrlə bağlı etiraz notası almaq üçün nazirliyə çağırılıb.

İranın səfirinin çağırılması iki uzunmüddətli müttəfiq arasında ictimai fikir ayrılığının nadir əlamətidir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar