SON XƏBƏRLƏR

Tramp: İranın İordaniyadakı raket hücumuna sərt cavab verəcəyik

2026.07.29, 17:06
Tramp: İranın İordaniyadakı raket hücumuna sərt cavab verəcəyik

ABŞ Prezidenti Donald Tramp İranın İordaniyada yerləşən ABŞ qüvvələrinə raket hücumundan sonra Vaşinqtonun buna sərt cavab verəcəyini bildirib.

Gunaz.tv

"Fox News"un məlumatına görə, Tramp "Onları sərt şəkildə vuracağıq" deyərək ABŞ-ın İrana qarşı qətiyyətli addımlar atacağını vurğulayıb.

"Onlara ağır zərbələr endirəcəyik. Onlar ciddi zərbə alacaqlar", – deyə Tramp bildirib.

Telekanalın məlumatına əsasən, Tramp İranın gecə saatlarında İordaniyadakı ABŞ qüvvələrini ballistik raketlərlə hədəf almasından sonra ABŞ-ın cavab tədbirləri görəcəyini deyib. O qeyd edib ki, ABŞ hərbçilərinin raketləri zərərsizləşdirmək üçün cəmi bir neçə dəqiqəsi olub və əməliyyatın videogörüntülərini şəxsən izləyib.

Tramp, həmçinin İranın dəstəklədiyi silahlı qruplaşmaları "dünya üçün xərçəng" adlandırıb və bildirib ki, gecə saatlarında İranın dəstəklədiyi İraq şiə silahlı qruplaşmalarına qarşı həyata keçirilən ABŞ zərbələri İraq hökuməti ilə koordinasiya şəraitində icra olunub.

Bununla yanaşı, Tramp son hücuma baxmayaraq, İranla danışıqların davam etdiyini də bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar