SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda 15 nəfər həbs edildi

2026.07.30, 10:03
Sistan və Bəlucistanda 15 nəfər həbs edildi

İran Kəşfiyyat Nazirliyinin Sistan və Bəlucistan əyalətinin bir neçə şəhərində keçirdiyi əməliyyat nəticəsində dörd qruplaşmaya mənsub 15 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə İran Kəşfiyyat Nazirliyinin yaydığı bəyanatda deyilir.

Zahidan, Təftan, Xaş, İranşəhr, Qəsrqənd və Çabahar şəhərlərində saxlanılan şəxslərin "İsrail və Amerika ilə əlaqəli" olduqları bildirilib.

Kimliyi açıqlanmayan şəxslərdən çox sayda silah-sursat və partlayıcı maddələrin götürüldüyü iddia olunub.

Bəucistan İnsan Hüquqlarını Sənədlşdirmə Şəbəkəsi də yaydığı məlumatda Təftan şəhərinin Çahəhməd kəndində 7, Sib-Suran rayonunda isə daha bir nəfərin həbs edildiyini bildirib.

Həmin şəxslərin evlərində axtarış aparıldığı, onların və ailə üzvlərinin döyüldüyü qeyd olunub.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar