SON XƏBƏRLƏR

Türkiyə İranla sərhəddə təhlükəsizlik divarını genişləndirir

2026.07.31, 10:23
Türkiyə İranla sərhəddə təhlükəsizlik divarını genişləndirir

Türkiyə Van əyalətinin İranla sərhədində ümumi 305 km təhlükəsizlik divarı layihəsinin 235 km-nin tamamlandığını və Başqala bölgəsində qalan 70 km-lik hissədə icra əməliyyatlarının davam etdiyini açıqlayıv.

Gunaz.tv

Bu haqda "Anadolu" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, çətin coğrafi şəraitə malik altı kilometrlik marşrutda ilk dəfə olaraq bir metrlik beton təməldən, beş metrlik polad konstruksiyadan və 90 sm tikanlı məftildən ibarət modul polad divar quraşdırılıb.

Türkiyə layihənin terrorizm, qaçaqmalçılıq və qanunsuz immiqrasiya ilə mübarizə aparmaq məqsədi daşıdığını bildirir. Sərhəd boyunca müşahidə qüllələri, istilik kameraları, radar, qabaqcıl sensorlar, dronlar, pilotsuz yerüstü nəqliyyat vasitələri və anti-dron sistemləri də yerləşdirilib.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar