SON XƏBƏRLƏR

Mazandaranda 5 nəfər dənizdə boğuldu

2026.07.31, 13:26
Mazandaranda 5 nəfər dənizdə boğuldu

İranın Mazandaran vilayətinin Ramsər şəhərində Xəzər dənizində 5 nəfər boğularaq ölüb.

Gunaz.tv

Ötən gün üzgüçülüyün qadağan olunması ilə bağlı xəbərdarlığa baxmayaraq, 7 turist Ramsərin Toskə sahilində təhlükəli və üzgüçülük üçün qadağan olunmuş ərazidə dənizdəki güclü axına düşüb.

Nəticədə 5 nəfər isə boğularaq ölüb, iki nəfər isə xilas edilib.

Boğulanlardan birinin itkin düşməsi səbəbindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, ötən gün hava şəraiti və dənizdə dalğaların hündürlüyü ilə əlaqədar Xəzər dənizinin bütün sahilboyu ərazilərində, o cümlədən sözügedən çimərlikdə üzgüçülüyə qadağa qoyulmuşdu.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar