SON XƏBƏRLƏR

Müharibəyə görə İranda daha iki nəfər asıldı

2026.08.03, 09:43
Müharibəyə görə İranda daha iki nəfər asıldı

Bu gün səhər saatlarında Ümid Behzad və Pourya Səfəvvət adlı iki şəxs edam edilib.

Gunaz.tv

Bu barədə İran məhkəməsinin "Mizan" saytı məlumat yayıb.

Onlar 12 günlük və 40 günlük müharibə vaxtı "həssas hərbi və təhlükəsizlik yerlərinin koordinatlarını Mossad zabitlərinə göndərmək"də günahlandırılıblar.

İranın hökumət mediası adı çəkilən şəxsləri "Mossad casusu" kimi qələmə verib və bununla yanaşı onların xaricdə fəaliyyət göstərən müxalif mediaya informasiyalar göndərdiklərini iddia edib.

Ümid Behzad və Pourya Səfəvvətin hansı şəhərdə edam edildikləri barədə açıqlama verilməyib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar