SON XƏBƏRLƏR

"Fəlakətli" iqtisadi idarəçilik yeni inflyasiya dalğasına səbəb ola bilər – İran deputatı

2026.08.03, 11:49
"Fəlakətli" iqtisadi idarəçilik yeni inflyasiya dalğasına səbəb ola bilər – İran deputatı

Hökumətin iqtisadiyyatı "fəlakətli" şəkildə idarə etməsi və rialın dəyərdən düşməsinin davam etməsi halında ölkə növbəti bir-iki ay ərzində yeni inflyasiya dalğası ilə üzləşə bilər.

Gunaz.tv

Bunu İran parlamentinin İqtisadi Komissiyasının üzvü Hüseyn Səmsami deyib.

"İqtisadiyyatda daha yüksək inflyasiyanın toxumları artıq səpilir və hökumətin iqtisadi idarəçilik sahəsindəki hazırkı yanaşması fəlakətlidir" - deyə o bildirib.

Onun sözlərinə görə, gözlənilən inflyasiya artımının əsas səbəbi büdcə kəsiri və ya pul kütləsinin artması deyil, məzənnə olacaq. Çünki milli valyutanın dəyərdən düşməsi malların qiymətlərinin birbaşa bahalaşmasına səbəb olur.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar