SON XƏBƏRLƏR

Kərbəlada Xamenei tərəfdarları ilə Şirazi tərəfdarları arasında qarşıdurma olub

2026.08.03, 14:23
Kərbəlada Xamenei tərəfdarları ilə Şirazi tərəfdarları arasında qarşıdurma olub

Ərbəin mərasimi üçün İraqın Kərbəla şəhərinə gedən bir qrup ianlı ilə tanınmış dün xadimi və nüfuzli mərcəi-təqlid Ayətullah Sadiq Şirazinin tərəfdarları arasında qarşıdurma olub.

Gunaz.tv

Bu haqda İraqın "Əşaere İraq" televizya kanalı məlumat yayıb.

Məlumata görə, İranın keçmiş rəhvəri Əli Xamenei və onun oğıu Müctəba Xameneinin tərəfdarları Ayətullah Sadiq Şirazinin Kərbəlada yerləşən ofisi qarşısında onun əleyhinə şüarlar səsləndiriblər:

"Xamenei tərəfdarları buna etiraz edən Şirazinin tərəfdarlarına hücum edib, hadisə nəticəsində bir neçə nəfər yaralanıb".

Məlumata görə, İraq polisi hadisə yerinə cəlb olunub və qarşıdurma tərəfləri bölgədən uzaqlaşdırılıb.

Qeyd edək ki, Ayətullah Sadiq Şirazi İslam Respublikasının keçmiş liderinin və vilayəti fəqihin hakimiyyəti nəzəriyyəsinin qatı əleyhdarıdır və İran dövlət mediası onu "Britaniya şiə" hərəkatının lideri kimi təqdim edir. 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar