SON XƏBƏRLƏR

CBS: İranla yeni danışıq yoxdur

2026.08.03, 21:15
CBS: İranla yeni danışıq yoxdur

CBS: ABŞ və İran arasında yeni danışıqların keçirilməsi nəzərdə tutulmur.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, CBS News ABŞ rəsmilərinə istinadən xəbər verib ki, hazırda İran və ABŞ arasında hər hansı yeni və ya xüsusi danışıq planlaşdırılmayıb və yalnız vasitəçilər üzərindən adi mesaj mübadiləsi davam edir.

Məlumata əsasən, adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri Stiv Uitkoff, Cared Kuşner və ABŞ-ın danışıqlar qrupu ilə İran tərəfi arasında əlaqələrin yalnız vasitəçilər vasitəsilə aparılan gündəlik mesaj mübadiləsi çərçivəsində davam etdiyini bildiriblər.

Bu məlumat ABŞ Prezidenti Donald Trampın bazar günü İranla danışıqların bazar ertəsi günortadan sonra başlayacağını bəyan etməsindən sonra yayılıb.

Tramp bazar ertəsi axşamı İran rəhbərliyini “ikili davranış” nümayiş etdirməkdə ittiham edib və Truth Social sosial şəbəkəsində yazıb: “İrana heç nə çatmayacaq, yalnız biz istəsək çatar.”

Buna baxmayaraq, İran rəsmiləri ABŞ ilə hər hansı danışığın aparıldığını yenidən təkzib edib və Vaşinqtonla birbaşa danışıqları rədd etdiklərini bildiriblər. Bu isə iki ölkə arasında mümkün danışıqların başlanacağı ilə bağlı qeyri-müəyyənliyi daha da artırıb.

 


GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar