SON XƏBƏRLƏR

İranın siyasəti Tehranı 10 milyon ton müharibə dağıntısı altında qoydu

2026.08.03, 22:20
İranın siyasəti Tehranı 10 milyon ton müharibə dağıntısı altında qoydu

Tehran bələdiyyəsinin rəsmisi: ABŞ və İsraillə müharibə paytaxtda 10 milyon tondan çox dağıntı yaradıb.

Gunaz.tv

Gunaz TV xəbər verir ki, İran ilə ABŞ və İsrail arasında baş vermiş 40 günlük müharibənin Tehrana vurduğu ziyanın yeni təfərrüatları açıqlanıb. Tehran bələdiyyəsinin rəsmisinin təqdim etdiyi məlumatlara görə, müharibə nəticəsində paytaxtda 10 milyon tondan çox dağıntı yaranıb və on minlərlə yaşayış evi zərər görüb.

Etemad qəzetinin yaydığı məlumata əsasən, Tehranın 5-ci bölgəsinin tikinti icazələri üzrə məsul şəxsi Hüseyn Nuhi bildirib ki, müharibə zamanı Tehranda 50 mindən çox yaşayış mənzili qismən və ya tamamilə zərər görüb. Onlardan 2 mindən çoxu tamamilə dağılıb və yenidən tikilməlidir.

Onun sözlərinə görə, 40 günlük müharibə ərzində Tehran 650 dəfə raket, pilotsuz uçuş aparatı və hava hücumlarına məruz qalıb. Ən çox zərbə alan bölgə 90 hücumla 4-cü rayon olub. Ondan sonra 21-ci, 1-ci və 22-ci rayonlar gəlir. Ən az zərər isə cəmi üç zərbə ilə 17-ci rayonda qeydə alınıb.

Açıqlanan rəqəmlər bir daha göstərir ki, İran hakimiyyətinin gərginliyi artıran siyasəti ölkəni ağır hərbi və iqtisadi nəticələrlə üz-üzə qoyub, bunun əsas yükünü isə mülki əhali və şəhərlər daşıyır.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar