SON XƏBƏRLƏR

59 həbsxanada məhbuslar aclıq aksiyasına başladı

2026.08.04, 10:39
59 həbsxanada məhbuslar aclıq aksiyasına başladı

Bu gün səhər saatlarından başlayaraq İranın 59 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 132-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi İranda kimliyi müəyyənləşdirilən edam edilənlərin sayı 400-ü keçib.

İranlı Məhbusların Hüquqlarını Müdafiə Təşkilatı isə 2026-cı ildə edam olunanların ümumi sayının 900-dən çox olduğunu bildirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar