SON XƏBƏRLƏR

Hörmüzdə mümkün razılaşma neft bazarını dəyişdi

2026.08.04, 18:29
Hörmüzdə mümkün razılaşma neft bazarını dəyişdi

Bazarlar Hörmüz razılaşması ehtimalına reaksiya verdi. İnvestorlar razılaşmaya ümid edir. Razılaşma hələ yoxdur, amma neft ucuzlaşır.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Hörmüz boğazının yenidən açılması ilə bağlı mümkün razılaşma ehtimalının gündəmə gəlməsindən sonra dünya bazarında neftin qiyməti 5 faizdən çox ucuzlaşıb və son iki həftənin ən aşağı səviyyəsinə enib.

Çərşənbə axşamı keçirilən ticarətdə Brent markalı neftin bir barelinin qiyməti 5 faizdən çox azalaraq təxminən 80 dollara düşüb. ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam nefti isə təxminən 76 dollaradək geriləyib.

Bu göstərici ABŞ-ın İrana qarşı yeni hücumlar mərhələsinin başlanmasından bəri son iki həftədə qeydə alınan ən aşağı neft qiyməti hesab olunur və beynəlxalq bazarların bölgədəki siyasi və təhlükəsizlik proseslərinə həssas reaksiyasını göstərir.

Neftin ucuzlaşması ilə eyni vaxtda ABŞ fond bazarları da ticarətə yüksəlişlə başlayıb. Bu isə investorların bölgədə gərginliyin azalacağına dair gözləntilərinin artdığını göstərir.

Reuters agentliyinin məlumatına görə, ABŞ-ın maliyyə naziri Skott Bessent də daxil olmaqla yüksək vəzifəli amerikalı rəsmilərin Hörmüz boğazı ilə bağlı çərşənbəyədək mümkün razılaşma barədə açıqlamaları bazarlarda nikbinliyi gücləndirib və enerji daşımalarının normal axınının bərpa olunacağına dair gözləntiləri artırıb.

 

GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar