SON XƏBƏRLƏR

Türkiyədən Hörmüza alternativ plan; Ankara Körfəz nefti üçün yeni qapı açır

2026.08.05, 18:36
Türkiyədən Hörmüza alternativ plan; Ankara Körfəz nefti üçün yeni qapı açır

Türkiyə: Hörmüza alternativ neft marşrutunun gücü gündəlik 2,5 milyon barelə çatdırılacaq.

Gunaz.tv

Türkiyənin energetika naziri Hörmüz boğazında son aylarda yaşanan böhranlara toxunaraq bildirib ki, dünyaya neft nəqli üçün alternativ marşrutlar lazımdır və Ankara İraqla yeni enerji ixracı marşrutlarının inkişafı üzrə danışıqlar aparır.

Gunaz TV xəbər verir ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar dövlət televiziyası TRT-yə müsahibəsində Türkiyə ilə İraqın Silopi və Habur sərhədindən Bəsrəyə qədər uzanacaq yeni boru kəməri layihəsini müzakirə etdiyini bildirib. Onun sözlərinə görə, bu layihə vasitəsilə İraqın, eləcə də Körfəz ərəb ölkələrinin nefti Hörmüz boğazından tam asılı olmadan dünya bazarlarına çıxarıla biləcək.

Bayraktar deyib: “İlk mərhələdə mövcud İraq–Türkiyə boru kəməri vasitəsilə gündəlik 750 min barel İraq nefti Ceyhan limanına nəql edilə bilər.”

Nazirin sözlərinə görə, bu marşrutun hazırkı ötürmə gücü gündəlik 1 milyon 500 min bareldir. Türkiyə bu infrastrukturun genişləndirilməsi və Bəsrəyə qədər uzadılması ilə ötürmə gücünün gündəlik 2 milyon–2 milyon 500 min barelə çatdırılmasını təklif edib.

Bayraktar əlavə edib: “Hazırda gündəlik təxminən 20 milyon barel neft Hörmüz boğazından keçir. Bu su yolunda gərginliyin davam etməsi enerji ixracı üçün alternativ və etibarlı marşrutların yaradılmasının vacibliyini bir daha göstərir.”

O bildirib ki, gələcəkdə bu marşrutdan yalnız İraqın deyil, Küveyt və Körfəz ərəb ölkələrinin neftinin ixracı üçün də istifadə oluna bilər.

 


GunAz TV
R.G

 

Ankara və Bağdad yeni saziş imzaladı

2026.08.01, 22:30

Ankara və Bağdad yeni saziş imzaladı

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar