SON XƏBƏRLƏR

CNN: Razılaşma şansı cəmi 50 faizdir; SEPAH masada yoxdur

2026.08.05, 19:33
CNN: Razılaşma şansı cəmi 50 faizdir; SEPAH masada yoxdur

Gunaz.tv

Körfəz ölkələrindən olan yüksək vəzifəli bir mənbə bildirib ki, Donald Trampın razılaşmanın yaxın olduğu ilə bağlı nikbin açıqlamalarına baxmayaraq, Vaşinqton və Tehran arasında cümə gününədək razılığın əldə olunması ehtimalı cəmi 50 faizdir.

Gunaz TV xəbər verir ki, danışıqların gedişi barədə məlumatlı olan bu mənbə çərşənbə günü CNN-ə bildirib ki, İran nümayəndə heyətində SEPAH-ın sərt xətt tərəfdarlarını təmsil edən şəxslər yer almır. Halbuki, istənilən müvəqqəti razılaşmanın yekun təsdiqi həmin qurumun razılığı olmadan mümkün deyil.

ABŞ Prezidenti Donald Tramp isə danışıqların gedişinə toxunaraq deyib: “Çox yaxşı danışıqlar aparılır.”

O, eyni zamanda İrana yönəlmiş təhdidlərini təkrarlayaraq bildirib: “Əgər İran rəsmiləri yenidən geri çəkilsələr, ölkələri çox ağır zərbə ilə üzləşəcək.”

Tramp həmçinin qeyd edib ki, Hörmüz boğazı ilə bağlı razılaşmanın “hətta bu gün” əldə olunması mümkündür.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar