SON XƏBƏRLƏR

Associated Press Müctəba Xameneinin danışıqlardakı rolunu üzə çıxardı

2026.08.05, 22:39
Associated Press Müctəba Xameneinin danışıqlardakı rolunu üzə çıxardı

Associated Press agentliyi bildirib ki, Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma layihəsi yekunlaşdırılıb və sənəd hazırda Müctəba Xameneinin son təsdiqini gözləyir.

Gunaz.tv

Gunaz TV xəbər verir ki, Associated Press İran və Oman arasında aparılan danışıqlardan məlumatlı iki regional mənbəyə istinadən yazıb ki, Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşma layihəsi tamamlanıb və Müctəba Xameneinin yekun təsdiqini gözləyir.

Məlumata görə, mümkün razılaşma ABŞ ilə İran arasında Hörmüz boğazından gəmilərin keçidi ilə bağlı yaranmış fikir ayrılığının müvəqqəti həlli kimi nəzərdə tutulur.

Həmin iki mənbənin sözlərinə görə, bu razılaşma ABŞ ilə İran arasında iyun ayında əldə olunmuş, münaqişələrin dayandırılması və Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan anlaşma əsasında hazırlanıb. Lakin həmin anlaşma son nəticədə həyata keçirilməyib.

Associated Press yazır ki, bu razılaşma təsdiqlənərsə, ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı yekun razılaşmanın əldə olunması məqsədilə danışıqların yenidən başlanmasına zəmin yarada bilər.

Bu məlumat Müctəba Xameneinin İranın strateji qərarlarında oynadığı rol barədə uzun müddətdir davam edən siyasi müzakirələr fonunda yayılıb. Bununla belə, İran rəsmiləri indiyədək Associated Press-in bu məlumatına münasibət bildirməyib, xəbəri nə təsdiq, nə də təkzib ediblər.

 


GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar