SON XƏBƏRLƏR

Ərdəbildən Azərbaycana ixracat- Vali açıqladı

2026.08.06, 09:29
Ərdəbildən Azərbaycana ixracat- Vali açıqladı

İlin ilk beş ayında Biləsuvar gömrüyü vasitəsilə Azərbaycanla ümumilikdə 190 milyon dollarlıq ixrac-idxal əməliyyatı həyata keçirilib.

Gunaz.tv

Bunu Biləsuvar Gömrük İdarəsinə baş çəkən Ərdəbil əyalətinin başçısı Məsud İmami Yeganə deyib. 

Valinin sözlərinə görə, bu dövrdə Ərdəbil əyalətindən 100 milyon dollardan çox məhsul ixrac olunub, istehsal müəssisələrinin ehtiyacları üçün isə 90 milyon dollar dəyərində mal və xammal idxal edilib.

"İran və Azərbaycanın gömrük xidmətləri arasında aparılan danışıqlar nəticəsində Biləsuvar gömrüyünün sutkanın 24 saatı fəaliyyət göstərməsi ilə bağlı razılaşmanın əldə olunması istiqamətində iş aparılır. Məqsəd ixrac-idxal proseslərini sürətləndirmək və sərhəd keçidini asanlaşdırmaqdır",- İmami Yeganə əlavə edib.

O, həmçinin bildirib ki, İranın Azərbaycandakı səfirinin müşayiəti ilə iş adamlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Bakıya üçüncü rəsmi səfəri planlaşdırılır.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar