SON XƏBƏRLƏR

İranlı qadın futbolçulara Avstraliya vətəndaşlığı verildi

2026.08.06, 13:00
İranlı qadın futbolçulara Avstraliya vətəndaşlığı verildi

İranın qadınlardan ibarət milli futbol komandasının keçmiş üzvləri Atifə Ramazanizadə və Fatimə Pəsəndidəyə Avstraliya vətəndaşlığı verilib.

Gunaz.tv

Bu haqda "The Australian" qəzeti məlumat yayıb.

Bildirilib ki, Avstraliyanın Brisben şəhərində keçirilən mərasimdə aı çəkilən futbolçuların vətəndaşlığı rəsmi olaraq eıan edilib.

Qeyd edək ki, 2026-cı ilin mart ayında Avstraliyada keçirilən turnirdə iştirak edən İran qadın milli futbol komandasının 5 üzvü ölkəyə qayıtdıqları təqdirdə həyatları üçün təhlükə olduğunu əsas gətirərək Avstraliyadan rəsmi sığınacaq istəmişdirlər.

Sonradan onlardan üçünü İranda ailələrinə təzyiq göstərildiyi səbəbindən ölkəyə qayıtsalar da, Atifə Ramazanizadə və Fatimə Pəsəndidə geri qayıtmaqdan imtina etmişdirlər.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar