SON XƏBƏRLƏR

Fidan: Misir da Məkkə sazişinə qoşulacaq

2026.08.09, 12:34
Fidan: Misir da Məkkə sazişinə qoşulacaq

Gunaz.tv

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin növbəti mərhələdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan birgə müdafiə sazişinə qoşulacağını gözlədiyini bildirib.

Fidan dünən Anadolu Agentliyinin “Redaktorlar masası” proqramında Misiri bu ölkələrin “təbii tərəfdaşı” kimi xarakterizə edib. O bildirib ki, yalnız bir neçə texniki məsələ qalıb və bu məsələlər həll edildikdən sonra Qahirənin bu ittifaqa qoşulması üçün heç bir maneə olmayacaq.

Fidan həmçinin vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanın baxışına görə, bu struktur yalnız üç ölkə ilə məhdudlaşmamalı və digər region ölkələrinin qoşulması ilə genişlənə bilər.

Məkkə Birgə Müdafiə Sazişi avqustun 7-də, cümə günü Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanıb. Sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı hücum hər üç ölkəyə qarşı hücum hesab ediləcək və birgə cavab tələb edəcək. Bu mexanizm NATO-nun Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə bənzəyir.

 


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar